Sankt-Peterburqda konsert zamanı polis 15 yaşlı reper Baby Melonu (Qoqa Meladze) səhnədən götürüb və o, polis şöbəsinə aparılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə konsertə gələnlər sosial şəbəkələrdə məlumat veriblər.
Yanvarın 21-i axşam “Qiqant Hall” klubunda Baby Melonun konserti baş tutub.
Saat 00:20 radələrində teleqram kanalında reperi polis maşınına mindirən polislərin videosu yayımlanıb.
Vkontakte-də də ifaçının polis tərəfindən səhnədən uzaqlaşdırılması videosu yayımlanıb.
“Fontanka” mənbələrə istinadən xəbər verir ki. Baby Melo ilə birlikdə səhnədə də çıxış edən digər reper Badri də (Orxan Əhmədov) saxlanılıb.
Nəşr ümumilikdə 23 nəfərin saxlanıldığını yazır.
Nazlı