Minik avtomobili sərnişin avtobusuna çırpılıb

21 Yanvar 2024 11:39 (UTC+04:00)

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Mərdəkan qəsəbəsində minik avtomobili idarəetmədən çıxaraq qarşısındakı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin, 2006-cı il təvəllüdlü Şükürova Nərmin Azər qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.