Rusiyanın Fara RLS-i məhv edilib

20 Yanvar 2024 23:52 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Fara RLS-i məhv etmək üçün pilotsuz təyyarədən istifadə edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Hərbçilərin məlumatına görə, 73-cü Dəniz Xüsusi Əməliyyat Mərkəzinin BpAK-ın ekipajı Cənub istiqamətində kəşfiyyat apararkən Fara-PV portativ radiolokasiya stansiyası aşkarlayıb.

...Hücum pilotsuz uçan aparatının atəşə tutulması nəticəsində düşmənin RLS məhv edilib.

Qeyd edək ki, videoda Ukrayna hərbçilərinin Rusiya RLS-i necə aşkar edib məhv etdiyi görüntülənib.

Nazlı