Bacılar efirdə göz yaşı tökdülər

20 Yanvar 2024 03:39 (UTC+04:00)

Müğənnilər Sevil-Sevinc bacıları "Rəngarəng" verilişinin qonağı olub. SİA xəbər verir ki, sənətçilər aparıcının suallarını cavablandırarkən duyğusal anlar yaşayıblar.

Onlar atalarının ailə qurmalarına qarşı olmasını bu sözlərlə əsaslandırıblar: "Valideynlər övladları üçün hər şeyin yaxşısını istəyirlər. Atam da ailə qurub çətinliklər yaşamağımızı istəmirdi. Atamızı ən çox yaxşı günlərimizdə gözümüz axtarır. Övlad toyu, nəvələrini görmədi. Buna çox üzülürük. Azad adını daşıyan nəvəsinə baxanda qəribə hisslər yaşayıram. Qız uşaqlarının atalarına daha çox ehtiyacı olur".