Hər bir ökənin inkişafı onun elm, təhsil və mədəniyyət səviyyəsi ilə ölçülür. Elə olkənin güclənməsi baxımından da məhz elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları ən vacib faktorlardan hesab olunur, çünki həmin proqramlar inkişaf proqramlarıdır. Məhz bu baxımdan da inkişaf proqramlarına, xüsusən də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına xüsusi diqqətin ayrılması başadüşləndir və bütün bunlar nəzərə alınaraq, Azərbaycanda həmin proqramların hazırlanmasına xüsusi diqqət ayrılıb.
Nəzərə almaq lazımdır ki, bütün dünyada hər zaman yeniliklər, yeni-yeni kəşflər ortaya çıxmaqdadır. Belə bir zamanda inkişafdan geri qalmaq olmaz. Bunun üçün, yəni inkişafdan geri qamamaq üçün isə, sözsüz ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi hər zaman, daha dəqiq desək, bütün dövrlərdə öz aktuallığını qorumaqdadır. Həmin proqramların hazırlanması istiqamətində nəinki ciddi islahatların keçirilməsi, hətta bu sahənin inkişafının daha da sürətləndiriləsi ən doğru addım sayılır. Məhz bu baxımdan heç də təsadüfi deyil ki, ölkəmizdə bu sahəyə, yəni elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına xüsusi diqqətin ayrılması hər zaman, xüsusən də müstəqilliyimizi yenidən bərpa etdikdən sonra prioritet məsələ hesab ounmaqdadır.
Xalqımızın elmə, təhsilə, maariflənməyə marağı hər zaman olub. Tarixə nəzər saldıqda bu, öz təsdiqini tapır. Belə ki, ölkəmizin ərazisində yerləşən tarixi rəsədxanaların olması, azərbaycanlı alimlərin, elm xadimlərinin çoxlu sayda ixtiraları təsdiq edir ki, öz elmi, təhsili, mədəniyyəti ilə seçilən, bununla da dünyaya nümunə sayılan xalqımız dünya elminə, mədəniyyətinə həm görkəmli elm və mədəniyyət xadimləri, həm də təkrarsız elm-mədəniyyət nümunələri, əsərləri, ixtiraları bəxş edib. Sovet hakimiyyəti dövründə, yəni 70 il ərzində bu sahəyə xüsusi diqqət olmasa da, ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının inkişafı ən mühüm məsələ olaraq diqqət mərkəzində saxlanılır və sözügedən proqramların inkişafının daha da sürətləndirilməsi istiqamətində görülən işlər doğru addım olaraq, cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda bu istiqamətdə nailiyyətlərin əldə olunması da məhz görülən işlərin məntiqi nəticəsi kimi qəbul edilməkdədir. Amma dünyada yeniliklərin bir-birinin ardınca ortaya çıxdığı bir zamanda bununla kifayətlənmək olmaz və elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına, davamlı şəkildə inkişaf etdirilməsinə diqqət daha da artırılmalıdır.
Əlbəttə ki, elm və təhsil proqramlarının davamlı şəkildə inkişaf etdirilməsi, ilk növbədə, bilik səviyyəsinin artmasına xidmət edir. Həmçinin, həmin proqramlar insanların savadlanmasına, inkişafına öz tövhələrini də verir. Məhz bu baxımdan da cəmiyyətin daha üstün səviyyədə savadlanması, inkişafı, tərəqqisi naminə elm və təhsil proqramlarının hazırlanmasına, təkmilləşdirilməsinə diqqət daha da artırılmalıdır. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, bu gün ölkəmizdə elm və təhsil proqramları, eləcə də cəmiyyətimizin daha da savadlanması, daha dolğun məlumatlara sahib olması üçün əlverişli şərait və kifayət qədər geniş imkankar var. Məsələn, informasiya və geniş məlumatlar əldə edilməsi üçün ölkəmizdə internet şəbəkəsinin olması böyük imkanlar deməkdir. Məhz internet şəbəkəsinin köməyi ilə insanlar daim məlumatlanmaq, geniş və dolğun informasiyalar əldə etmək, eləcə də ötürmək imkanı əldə edirlər ki, bu da hazırda əvəzolunmazdır. Onu da unutmaq lazım deyil ki, təkcə maariflənmək, məlumat əldə etmək üçün deyil, elmimizin, təhsilimizin, mədəniyyətimizin təbliği baxımında da internet şəbəkəsinin əhəmiyyəti danılmazdır və bu gün ölkəmizdə internet resurlarından yararlanmaq üçün geniş imkanlar mövcuddur. Məhz bu imkanlardan istifadə edərək, yararlanaraq, Azərbaycan tarixindən, ənənələrindən, milli dəyərlərindən tutmuş, qələbəmizin təmin olunmasına, ərazi bütövlüyümüzün bərpa edilməsinə qədər bütün məsələlər barədə informasiyaları Azərbaycan ictimaiyyətinə də, dünya ictimaiyyətinə də davamlı şəkildə çatdırmaq daha məqsədəuyğun hesab olunur. Xüsusilə, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, xalqımızın həmrəyliyi, ordumuzun rəşadəti, mübariz ruhu və bir çox məsələlər barədə maariflənmə işi davamlı şəkildə aparılmalıdır. Bunun üçün məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına, xüsusən də qeyd olunan məsələlərin təbliğinə universitet və orta məktəblərdə xüsusi yer ayrılmalıdır.
Bəli, cəmiyyətimizin savadlanması, dünya görüşünün daha da artması, daha dolğun, daha geniş məlumatlara sahib olması, tariximiz, mədəniyyətimiz, xalqımıza məxsus olan dəyərlər barədə daha dərin informasiyalara, məlumatlara sahib olmaq, yiyələnmək bundan sonra daha vacib hesab olunur. Çünki tarixi həqiqətlər daha dərindən öyrənilməlidir ki, milli maraqlarımız da lazımınca müdafiə olunsun. Daim öz məkrli siyasəti ilə tarixi torpaqlarımızı, adən-ənənələrimizi, mədəniyyətimizi, musiqimizi, ümumiyyətlə, bizə məxsus olanı ələ keçirmək, mənimsəmək, oğurlamaq niyyətində olan bədnam qonşularımızın olduğunu biz çox yaxşı bilirik. Doğrudur, 44 günlük müharibənin məntiqi nəticəsi olaraq düşmən üzərində mükəmməl qələbə qazanıldı, torpaqlarımız işğaldan azad edildi, bizə məxsus olan hər nə varsa, geri qaytarıldı. Amma düşmənin olduqca hiyləgər olduğunu unutmaq olmaz. Unutmaq olmaz ki, hələ bundan sonra da bizə məxsus olan dəyərlərə əl uzadıla bilər. Çünki ermənilərin hansı xislətə sahib olduğunu bilirik və dəfələrlə şahidi olmuşuq ki, təkcə torpaqlarımıza deyil, bizə məxsus olan hər şeyə, ənənələrimizə, dəyərlərimizə belə haylar daim göz dikiblər, onları özününküləşdirməyə çalışıblar. Biz məhz xalqımıza məxsus olan dəyərləri əxz etməli, öyrənməli, bilməliyik ki, bizə məxsus olan dəyərlərə sahib çıxa bilək. Biz öz tariximizi, öz mədəniyyətimizi daha dərindən öyrəndiyimiz, bildiyimiz, eləcə də ərazilərimizin hər qarışı barədə müfəssəl məlumata, informasiyaya sahib olduğumuz təqdirdə, onların təbliğinə də, müdafiəsinə nail ola bilərik. Deməli, bu, yəni, maariflənmək, bunun üçün də elmi-kütləvi, mədəni-maarif proqramlarının işlənib hazırlanması, daha da inkişaf etdirtilməsi, təkmilləşdirilməsi bizim üçün ən aktual, ən prioritet məsələ hesab olunur.
Sözsüz ki, dövlətimizin bu istiqamətdə, yəni, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması və inkişafı istiqamətində gördüyü işlər də danılmazdır. Xüsusilə, diqqətə çatdırmaq yerinə düşərdi ki, 1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra təhsil sistemində struktur dəyişiklikləri aparılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub və ümumiyyətlə, ötən əsrin sonlarından etibarən dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlamasına start verilib. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nı təsdiq edib. Bir sözlə, maarif, təhsil sahəsində müvafiq proqramların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılıb. Məhz elə həmin addımların fonunda ölkəmizdə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişafı üçün daha münbit şərait yaradılıb. Çünki elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması, təkmilləşdirilməsi və inkişafı hər zaman prioritet hesab olunub.
Müəllif: İnam Hacıyev
6.3.16. “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır