Serialların monitorinqlərinin nəticəsi açıqlanıb

19 Yanvar 2024 12:07 (UTC+04:00)

Audiovizual Şuranın il ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olub. SİA xəbər verir ki, bu barədə Şuranın illik hesabatında bildirilib.

Qeyd edilib ki, bu sahədə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmayıb.

“Seriallar tam olaraq lisenziyalı olaraq və dublyaj olunmuş vəziyyətdə yayımlanır”, - sənəddə deyilir.