Fransanın avtomobil hissələri istehsalçısı1150 işçini ixtisar edir

18 Yanvar 2024 23:13 (UTC+04:00)

...BMW, Ford, General Motors üçün komponentlər istehsal edən Fransa avtomobil hissələri istehsalçısı ümumilikdə 1,15 min işçini ixtisar edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Les Echos” qəzeti yazır.

Artıq həmkarlar ittifaqları tərəfindən bildirilmiş Fransada 235, digər Avropa ölkələrində isə 735 işçinin ixtisarı əsasən dəstək və idarəetmə sahəsində çalışanlara təsir edəcək.

Ümumilikdə şirkətin müxtəlif ölkələrdə 110 minə yaxın işçisi var. Valeo qlobal şirkətin kapitallaşmasının təxminən üçdə bir azalması fonunda qəbul edilən qərarların məqsədini avtomobillərin elektrikləşdirilməsi kontekstində rəqabət qabiliyyətini və əməliyyat səmərəliliyini artırmaq adlandırıb.

…2023-cü ilin yayında Valeo Rusiya biznesini NPK Avtopribor-a satdığını elan edib.

Satıcı qeyd edib ki, qərar 158 yerli işçinin iş yerini xilas edəcək və şirkət 10 il ərzində 2029-cu ildən istifadə oluna bilən aktivləri geri almaq hüququ əldə edəcək.

Nazlı