Yaxın zamanda mədəniyyət strategiyası təqdim ediləcək

18 Yanvar 2024 16:00 (UTC+04:00)

“Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” yaxın zamanlarda təqdim olunacaq”. SİA xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa komitənin yanvarın 18-də keçirilən iclasında deyib.

“Təxminən 1-2 ay ərzində strategiya sənədinin təqdimatı gözlənilir. Təklif edərdim ki, buna qədər parlament səviyyəsində Mədəniyyət Nazirliyi və komitə arasında hər hansı görüş keçirilsin. Komitə üzvlərinin də fikirləri dinlənilsin”,- deyə o bildirib.