Azərbaycanda həkim-infeksionistlərin qıtlığı var - İLHAM MƏMMƏDOV

18 Yanvar 2024 12:04 (UTC+04:00)

Hazırda Azərbaycanda yoluxucu xəstəliklər sahəsində çalışan həkimlərin qıtlığı var. SİA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat İlham Məmmədov komitənin yanvarın 18-də keçirilən iclasında deyib.

O bildirib ki, bu sahədə peşəkar kadrların hazırlanması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmalıdır: “Bu problem əsasən də regionlarda müşahidə olunur”.