Sia.az xəbər verir ki, o, 18 yanvar, 1974-cü ildə Astarada anadan olub.Tibb üzrə ali təhsilini Türkiyədə alıb. 1997–2003-cü illərdə Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxuyub. Uzun müddət Türkiyədə çalışdıqdan sonra 2005–2017-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı, 2017–2018-ci illərdə isə Respublika Müalicəvi Diaqnostika Mərkəzində Elmi Tədqiqat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi vəzifəsində işləyir.
28.12.2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi medalı" ilə təltif olunmuşdur.
16.06.2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar Həkim" fəxri adı ilə təltif olunmuşdur.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunmuşdur.
2015-ci ildən Milli Məclisin üzvüdür.
Rəşad Mahmudov həm uşaqlar, həm də yaşlılar üzərində yüzlərlə ürək-damar əməliyyatını uğurla icra edib.
Əsrin yarısını geridə qoyan həkimi təbrik edir, uğurlu həyat yolu arzu edirik.
xəbər verir ki, o, 18 yanvar, 1974-cü ildə Astarada anadan olub.
Tibb üzrə ali təhsilini Türkiyədə alıb.