MEDİA Şamil Vəliyevin vəfatı ilə bağlı başsağlığı verdi

18 Yanvar 2024 10:00 (UTC+04:00)

Medianın İnkişafı Agentliyi (MEDİA) Əməkdar jurnalist Şamil Vəliyevin vəfatı ilə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə MEDİA sosial şəbəkədə paylaşım edib.

" Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Əməkdar jurnalist Şamil Vəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.