Aşıq Zülfiyyənin səhhəti ağırlaşdı

18 Yanvar 2024 07:11 (UTC+04:00)

Aşıq Zülfiyyə İbadovanın səhhətində problem yaranıb. SİA xəbər verir ki, son zamanlar təngnəfəs olan xanım ifaçı artıq müalicələrə başladığını bildirib: "Bir az ağrıyıram. Səhhətimdə problem var. Hazırda müalicə olunuram. Həkimin dediyinə görə, insulin dirənci pozulub və D vitamini ümumiyyətlə sıfıra düşüb. Bu səbəbdən bədənimə şişkinlik də verir" deyə aşıq bildirib.