Aygün Kazımovanın səhifəsini oğurlayanlar onun hesabında paylaşım etdilər - FOTO

18 Yanvar 2024 06:08 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, 2 gün öncə Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan rəsmi instaqram hesabı oğurlanıb. ​SİA xəbər verir ki, səhifəni oğurlayanlar onun hesabında paylaşım ediblər.

Paylaşımda, - “Aygün Kazımova, bunu oxuyursansa, 10 000 avro Bitkoin üçün mənə teleqramda yazın, hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram”, - deyə qeyd olunub.