Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken deyib ki, ərəb ölkələri İsrail-Fələstin problemi həll olunmadan Qəzzanı yenidən qurmaq istəmirlər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Entoni Blinken CNBC telekanalına verdiyi müsahibədə İsrail-Fələstin məsələsini qiymətləndirib.
Keçmişdən fərqli olaraq ərəb ölkələrinin təhlükəsizlik zəmanəti verərək İsraili bölgəyə inteqrasiya etməyə hazır və istəkli olduğunu bildirən Entoni Blinken deyib: “Ancaq onlar Fələstin dövləti mövzusunda qərarlıdırlar''.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi İsrailin hazırda diqqətini Qəzzaya yönəltdiyini, lakin bundan sonra fundamental qərarlar verməli olduğunu qeyd edərək, regionda daimi təhlükəsizliyin iki dövlətli həlldən asılı olduğunu vurğulayıb.