Üzündəki dəyişikliklərlə diqqət çəkən Rafet El Roman plastik əməliyyat etdirdiyini etiraf edib. SİA xəbər verir ki, 55 yaşlı müğənni botoks ineksiyalarından sonra özünü bəyənmədiyini deyib və izləyicilərinə botoks etdirməməyi tövsiyə edib. O, bu baradə instaqramda rəy yazıb.
"Lənət olsun, doğuşdan sahib olduğum xarizmam getdi. Dostlar, botoks etdirdim, etməz olaydım, bəziləri qətiyyən botoks etdirməməlidir. Mən də onlardan biriyəm. Xarizmam, ya yaraşığımmı desəm, sözün əsl mənasında məhv olub", - müğənni bildirib.
Həmçinin Amerikadan qayıdan 44 yaşlı müğənni Gökhan Özenin də üzünə kosmetoloji müdaxilə olunduğu bəlli olub. İfaçının yanaqlarına dolğu vurdurduğu iddia edilib. Onun sosial mediada yayılan son halı birmənalı qarşılanmayıb və kəskin tənqidə məruz qalıb.