Xalq artisti Aygün Kazımovanın "Instagram" hesabı oğurlanıb. SİA xəbər verir ki, hesabı ələ keçirən meksikalı haker sənətçinin səhifədə olan bütün foto və videolarını siliblər.
Hesabın profil fotosuna öz şəklini qoyan kiberçinayətkar, informasiya bölümünə bu sözləri qeyd edib: "Aktiv insanlar, bu bizim 2024-də bütün bayraqlara salamlarımızdır. Biz sizə dəstək olmaq üçün buradayıq".
Qeyd edək ki, Xalq artistinin oğurlanan hesabını 1.4 milyon nəfər izləyir.