Sərxoş Voloçkova jurnalisti təhqir edib...

16 Yanvar 2024 23:52 (UTC+04:00)

Maldiv adalarından gələn rusiyalı balerina Anastasiya Voloçkova sərxoş olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, reportyorlar rəqqasəni Moskva hava limanında qarşılayıblar - sənətçi jurnalistlərə fənərlər yandıran, onların işləməsinə mane olan mühafizəçilərin əhatəsində görünüb və sözləri çətinliklə tələffüz edib.

Qeyd edilir ki, yaradıcılığının “Rusiya üçün parladığını” qeyd edən balerina, konsertlərini ləğv etmək istədiyini də bildirib.

Müxbir Voloçkovadan təyyarədə içki içib-içmədiyini soruşduqda, həmçinin son vaxtlar rəqqasənin tez-tez ictimai yerlərdə sərxoş göründüyünü xatırladanda, balerina onu söyüb yola salaraq, mühafizəçinin qolundan tutaraq oranı tərk edib.

Nazlı