Yarımfabrikat yeməklər insan sağlamlığı üçün zərərlidir? - DİETOLOQ AÇIQLADI

16 Yanvar 2024 16:40 (UTC+04:00)

“Qidalanma insan orqanizmi üçün çox vacibdir. Ümumiyyətlə insan həyatı boyu müşahidə edir. Daxilə qəbul etdiyimiz bütün qidaların tərkibində insana həm zərərli, həm də xeyirli təsiri var". Bu barədə SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, əgər uzunmüddətli zərərli təsiredici olan maddələrlə biz qidalanırıqsa bu bir sıra xəstəliklərə, fəsadlara yol aça bilər: "Ona görə də çalışmalıyıq ki hər günümüzü sağlıqlı qidalara sərf edək. Bir sıra insanlar xüsusilə iş adamları vardır ki, daha rahat hazır qidalara üstünlük verirlər. Bəzən olur ki bu artıq adət halını alır. Yarımfabrikat məshulların insan orqaniziminə təbii ki çox mənfi təsiri vardır".

Dietoloq bildirib ki, yarımfabrikat deyəndə təbii ki burada hazır bişirilmiş yeməklər, sosiska, xəmir xörəkləri, hissə verilmiş və duzlanmış basdırma, dolmalar və s. nəzərdə tutulur: "Hətta alimlər də araşdırıblar ki, bunların tərkibində qorxulu maddələr vardır ki onlarda xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Həmin bu qidalara xüsusi dadlandırıcı, doyumlu olması üçün zərərli inqridentlər əlavə olunur. Bu dadverici xüsusi qarışıqlar əlavə olunur ki, bunlardan MSG-monosodium glutamate E621 insan orqanizmdə çoxlu fəsadlara gətirib çıxardır. Hətta həddindən artıq çox belə qidalar ilə qidalananda artıq insanda xroniki baş ağrıları, tərləmə, ürək bulanması, ishal olur.

Texniki standartlar yoxdur və bu məhsulların hazırlanması çox bərbad vəziyyətdədir. Mən deyərdim ki, 70% faiz iş adamları bərbad yerlər işlədir, hərdən vaxtı keçmiş qidalardan istifadə edərək necə gəldi hazır qidalar hazırlayıb satışa buraxılır. Daha sonrasında əlbəttə ki zəhərlənmə halları baş verir".

L.Süleymanova sonda vurğulayıb ki, bu yaxınlarda bir şirkətdən yemək sifariş edilib, daha sonrasında həmin qidadan insan zəhərlənib və həmin qidanın şəkilləri mənə göndərilmişdi: "Qida tamamilə göyərmiş vəziyyətdə idi və bu iradı şirkətə bildirəndə bildirildi ki bunun rəngi belə olmalıdır. Qeyd edim ki həmin qidadan çox iyrənc bir qoxu gəlirdi".

Sevilin Abbasova