Naxçıvan şəhərinin elektrik enerjisi verilişində fasilə yaranacaq

16 Yanvar 2024 12:31 (UTC+04:00)

Bu gün Naxçıvan şəhərinin elektrik enerjisi verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA-ya Muxtar Respublikanın Dövlət Energetika Xidmətindən verilən məlumat qeyd olunur.

Qeyd olunub ki, bu gün Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin xidmət sahəsindəki 10 kilovoltluq “Yeni Naxçıvan” elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Naxçıvan şəhərinin 11 və 20-ci məhəllələrin bəzi hissələrində saat 14:00-dan 15:00-dək elektrik enerjisi verilişində müvəqqəti fasilə yaranacaq.