Bakıda beş mərtəbədən hündür bina tikintisinə QADAĞA

16 Yanvar 2024 11:20 (UTC+04:00)

“1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub". SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib.

Komitə sədri deyib ki, bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək.

O bildirib ki, xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.