Müğənni Julio İqlesias Dominikan Respublikasında hava limanında yeməklə dolu çamadana görə saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Amerika mətbuatına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, İqlesias Punta Kana hava limanında saxlanılıb. Buna səbəb müğənninin Baham adalarından gələn çamadanının yeməklə doldurulması olub. Ümumilikdə, İqlesiasın baqajında Dominikan Respublikası ərazisinə gətirilməsi qadağan olunmuş məhsullar da daxil olmaqla 40 kiloqramdan çox məhsul olub.
Qeyd olunur ki, İqlesias və onunla birlikdə gedənlər bir neçə saat hava limanında saxlanılıb. Nəticədə, ölkə rəhbərliyi vəziyyətin həllinə qarışaraq müğənnini sərbəst buraxıb.
Nazlı