Xoruldamağın səbəbləri və müalicəsi - MARAQLI FAKTLAR

15 Yanvar 2024 12:14 (UTC+04:00)

Son zamanlarda nəinki yaşlılar, cavanlar, hətta uşaqlar arasında yatarkən xoruldayanlara rast gəlmək olur. Gülməli olsa belə, sırf xoruldama səbəbinə görə ailə dağılması faktları belə var. SİA xəbər verir ki, ilk olaraq xoruldamağın necə yarandığını anlamaq lazımdır. Yuxu zamanı udlaq, yumşaq damaq, uvula və badamcıqlardakı yumşaq toxumalar rahatlaşır və bu nahiyədəki yumşaq toxumalar tənəffüs nəticəsində titrəyir.

Xoruldamaq insanın və ailəsinin yuxu keyfiyyətinə təsir edən problemdir. Vibrasiyanın təsiri altında yumşaq toxumanın çıxardığı səsə xoruldamaq deyilir. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinməsinin səbəbi fiziolojidir. Bunun səbəbi kişilərdə piylənmənin yuxarı nahiyələrdə, qadınlarda isə aşağı nahiyələrdə əmələ gəlməsidir.

Uşağınız tez-tez üst tənəffüs infeksiyası, soyuqdəymə, badamcıq kimi problemlər yaşayırsa genik ətinin böyüməsi təbiidir.

Genik əti böyüdüyü zaman hava yolunu kəsər və uşaq rahat nəfəs ala bilməz. Uşaq narahat oyanar və genetik əti böyüyən bir uşağın eynilə bir yetkin kimi xoruldaya biləcəyini ifadə edən mütəxəssislər, uşağın ağzından su gəlmə, ağzı açıq yatmaq kimi ifadə edilən də diqqətə alınması lazım olduğu qeyd edilib.

Xoruldama niyə baş verir?

* İdeal çəkidən artıq çəkiyə malik olma;

* Spirtli içki qəbulu;

* Əzələ gərginliyini bərpa edən dərmanların qəbulu;

* Qeyri-düzgün yastıq seçimi;

* Yuxu pozisiyasının səhv təşkili;

* Allergik rinit və sinusit kimi yuxarı tənəffüs yolları xəstəlikləri;

* Anatomik quruluş, burun əyriliyi.

* Boğaz əti (Bu daha çox uşaqlarda rast gəlinir, amma böyüklərdə də görülür.)

* Qısa və qalın boyun (Boyun çevrəsinin 40 sm-dən çox olması)

Xoruldama nə üçün müalicə edilməlidir?

Xoruldama insanın yuxu keyfiyyətini aşağı salır və səhərlər özünü yorğun hiss etməsinə səbəb olur. İnsan xoruldama və yuxu apneasından asılı olaraq, gün ərzində davamlı olaraq yuxu, unutqanlıq və diqqət problemləri yaşayacaqdır.

Xüsusilə ürək xəstəliklərinə səbəb ola bilə xoruldama yuxu apneası problemləri ilə birlikdə müşahidə edildikdə vücudun tələb etdiyi oksigeni qəbul edə bilməməsi ilə yanaşı, daxili orqanlarda zədələnməyə səbəb olur. Yuxu apneası yuxuda tənəffüsün dayanması deməkdir. Müalicə edilmədiyi təqdirdə ciddi sağlamlıq problemlərinə səbəb olmaqla yanaşı, hətta ölümlə belə nəticələnə bilər.

Xoruldamaq necə müalicə olunur?

Yuxudan qısa müddət əvvəl yeyilən ağır qida və içkilərdən uzaq durun.

Yatmadan əvvəl ağır yemək yemək boğaz əzələlərinin normaldan daha çox gəvşəməsinə səbəb olar.

İdmanla məşğul olun və artıq çəkiləriniz varsa, pəhriz saxlayın.

Ciddi xoruldama probleminiz yoxdursa, yatış pozisiyanızı dəyişdirin. Üzüstü və ya yan yatın.

Yatarkən içində tenis topu olan çanta taxın. Belinizin orata boşluğuna gətirin, ya da qatlanmış ikiqat corab kömək edər.

Yataq otağında hava axını olduğundan əmin olun.

Siqaret çəkirsizsə, azaldın, ya həmişəlik tərgidin.

Əgər gecə yatmazdan əvvəl burun çəpəri üzərinə bant yapışdırılsa xorultu ya tamamilə kəsiləcək, ya da çox azalacaqdır.

Tam keçmədikdə 50 qram qarazirə yağı, 50 qram zeytun yağı, 1 xörək qaşığı udi hindi tozu bir-birinə qarışdırılır, yatmazdan əvvəl hər burun dəliyinə 3-4 damcı tökülür.

Sevilin Abbasova