Məktəblərdə beşgünlük TƏTİL BAŞLAYIR

15 Yanvar 2024 11:35 (UTC+04:00)

Yanvarın 27-dən ümumtəhsil məktəblərində birinci yarımilin bitməsi ilə əlaqədar beşgünlük tətil başlayır. SİA-nın məlumatına görə, 2023-2024-cü tədris ilində birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil 1 fevral - 14 iyunu əhatə edir.

Bu səbəbdən də, ümumtəhsil məktəblərində yanvarın 26-sı, 27-si, 28-i, 29-u, 30-u və 31-i beşgünlük qış tətilidir.