Müğənni İlhamə Qasımova işığın olmamasından şikayətlənib

15 Yanvar 2024 01:37 (UTC+04:00)

Müğənni İlhamə Qasımova işığın olmamasından şikayətlənib. SİA xəbər verir ki, Lənkəranda olan sənətçi qarlı havanın fotosunu yayımlayıb. İlhamə işığın olmamasından şikayətlənib: "Sabahımız bu mənzərə ilə açıldı. Gözəldi? İşıq da olsaydı lap qəşəng olardı. Bu mənzərə instaqram üçün yaxşı idi. İşıqlar sönməsəydi, yollar açıq olsaydı, mən də uşaqlar kimi sevinərdim".