...Belə dərd olar? Deməli, dünən SİA Lolita Milyavskayanın Omskda planlaşdırılan konsertinin ləğv edilməsi barədə yazmışdı.
Bu gün isə onun 31 mart və 2 apreldə, Novosibirskdə planlaşdırılan konsertlərinin ləğv edilməsi barədə də xəbərlər yuayılıb.
Qeyd edək ki, təşkilatçılar sənətçinin çıxışının baş tutmamasının səbəbini açıqlamayıblar.
Novosibirsk Alimlər Evinin rəhbərliyi öz növbəsində Milyavskayanın konsertini ləğv etmək üçün heç bir əmr almadığını bildirib.
Amma Lolitanın Novosibirsk tamaşalarının ləğv ediləcəyini bölgənin Atalar Şurasının rəhbəri Sergey Mayorov bildirib. Sergey Mayorova görə, gənclərin şüuruna zərərli təsir göstərən sənət adamları Novosibirskə dəvət edilməməlidir. Yadınızda olar, qalmaqallı “çılpaq” məclisdə Lolita Milyavskaya da olub.
Nazlı