...İlya Reznik bəstəkar Raymond Paulsu 88 illik yubileyi münasibətilə təbrik etməyən Laima Vaykulenin əməlinə təəccüblənib.
Müğənninin bəstəkara çoxlu borcu olduğunu deyən Reznik, bu gün onların “bir-birindən uzaqda” yaşadıqlarını da etiraf edib.
Əslində onlar, ruslar demiş, “ryadom” yaşayırlar. Amma, Reznik, Laima Vaykulenin bəstəkar Raymond Paulsa qarşı əməlini iyrənclik adlandırır. Onu “qohumluğu xatırlamayan Foma” ilə eyniləşdirir.
...Biz Vaykuleni meyxanadan çıxardıq, onun üçün repertuar yaratdıq və səhnəyə gətirdik. “Vernissaj” mahnımızla onu Bratislavadakı müsabiqəyə apardıq. “Qızıl Lira” aldı. Uzun müddət o məni radio stansiyalarına və televiziya kanallarına sürükləyən prodüser adlandırdı. Bundan sonra isə bütün yaradıcılığını borclu olduğu insana iyrənc sözlər dedi...
Yeri gəlmişkən, SİA bir müddət bundan əvvəl rusiyalı şair Reznikin dediyi bu sözləri yazmışdı.
Qeyd edək ki, bütün bunlara baxmayara, Reznik müğənninin son davranışlarını onun ağır xəstə olması ilə əlaqələndirib.
Nazlı