Lənkəranda qarın hündürlüyü 50 santimetrə çatır - FOTOLAR

14 Yanvar 2024 12:38 (UTC+04:00)

Yanvarın 13-dən Lənkərana aramsız yağan qarın qalınlığı hazırda 50 santimetrə çatır. SİA-nın bölgə müxbiri xəbər verir ki, qar səbəbindən rayonun mərkəzində bir sıra rabitə və elektrik dirəkləri aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolların qardan təmizlənməsi işlərinə ağır texnikalar cəlb olunub.