...Rusiyanın Ukraynaya qarşı müharibəsinə səssiz qalan rusiyalı müğənni Lolita ukraynalılardan bağışlanma diləməlidir, amma bağışlanmamalıdır. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “GORDON” internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyadakı boykot səbəbindən Lolita Milyavskayanın ovqatı təlx olub.
Deyilənlərə görə, ifaçı baş verənlərdən üzülüb.
...Əlbəttə əsəbləşirəm. Bunu heç bir sənətçiyə arzulamıram. Onlar heç yerə getmədilər, vətənə xəyanət etmədilər, həmkarları və ya pərəstişkarları haqqında pis danışmadılar. Onlar çalışıb çörəklərini vicdanla qazanıblar.
...Bunu Lolitanın dostu Feliks Tsarikati MK.RU-ya müsahibəsində bildirib.
Xatırladaq ki, “çılpaq” məclisdə iştirak edən sənətçilər bu gün Rusiyada “xırmanın altına” düşüblər.
Xatırladaq ki, Lolitanın martın 27-də Omskda verəcəyi konsert ləğv edilib.
Nazlı