Rusiyanın müğənni Filipp Kirkorov Belqoroddakı “Mavi quş” xeyriyyə təşkilatına 5 milyon rubl bağışlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS autizm spektri pozğunluğu və digər psixi pozuntuları olan uşaqları olan ailələrə yardım edən təşkilatın özünə istinadən xəbər verir.
Onlar qeyd ediblər ki, Ukraynadan atəşə tutulması nəticəsində onların binası zədələnib. Təşkilat bildirib ki, Kirkorov onlara iki tranşla pul köçürüb - əvvəlcə 2,4 milyon rubl, sonra isə daha 2,6 milyon rubl.
Müğənnidən alınan vəsaitin mebel, dərs vəsaitləri, dərslər üçün materialların və akt zalının avadanlıqlarının alınmasına xərclənməsi planlaşdırılır.
Bundan əvvəl Kirkorov yeni il televiziya proqramının qonorarını Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində zərər çəkmiş Belqorod sakinlərinə bağışlayacağını açıqlamışdı.
Bundan əlavə, bloqqer Nastya İvleevanın Moskvanın "Mutabor" klubunda keçirilən məclisində iştirak etdikdən sonra qalmaqalın mərkəzində olan sənətçi bu yaxınlarda təcili olaraq çoxmilyonluq vergi borcunu ödəyib.
Nazlı