Rusiyanın parlaq və uğurlu ifaçılardan biri olan Vera Brejneva Bakıya gəlir. SİA xəbər verir ki, sənətçi bu ilin fevral ayında paytaxt Bakıda konsert verəcək. O, 21 fevral Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək.
Müğənni, aktrisa, teleaparıcı, BMT-nin xoşməramlı səfiri bü günə qədər sevilən mahnılarının yer aldığı konsert proqramını Bakıdakı pərəstişkarlarına təqdim edəcək. Gecədə həmçinin VİA Qra qrupunun hitləri də səsləndiriləcək.