Günümüzdə hələ də hər kəsin problemi olan artıq çəkidən azadolma daim bizləri düşündürür. Bizlər çəki salmaq üçün idman, diyet, düzgün qidalanma və bitki çaylarına üz tuturuq. Lakin hər zaman bu vasitələr bizə yardımcı olmur. Bunun səbəbi özümüzün seçim etdiyi yollardır. Bəzən səhv diyet və ya bitki çaylarından istifadə edirik. Bu da daha çox kilo almamıza və sağlamlığımıza ziyan vurur.
Bu mövzuyla bağlı SİA-ya açıqlamasında tanınmış həkim diyetoloq və diyet kitablar müəllifi Leyla Zülfüqarlı açıqlama verib.
Düzgün qidalanma 3 şəkildə olur.
1) Balanslaşmış şəkildə düzgün qidalanma olmalıdır. Bütün qida inqridiyentlərinə, karbonhidrat, protein, yağ turşusuna yer ayıraq.
2) Orta dərəcədə olmalıdır miqdarı aşmamalıyıq.
3) Qidaların yeyilmə saatı çox önəmlidir.
Bitki çayları doğrudan da, sözün əsl mənasında, tərkibi müalicəvi bitki çayıdırsa, məhz bunun üçün ölkənin buna ehtiyacı vardır deyə mən həkim diyetoloq olaraq ölkədə ilk dəfə həkim tərtib olunmuş, müalicəvi çay reseptini verdim. Bu çaylar Detox LZ detoks prosesini idarə edən bitki çayı və bağırsaq çayı TeaLaxdir.
Çünki istəyirəm ki, insanlar bilsin ki, doğru bitki çayı hansıdır. Mən tərkibindən əmin olduğum bitki çayı bildirə bilərəm ki, detoks çayının məqsədi o idi ki, bu, müalicəvi bitki çaylarıdır və tərkibi 7 otdan ibarətdir. Bunların hər birinin ayrı-ayrılıqda rolu var.
1) Qaraciyər-öd yollarımızı təmizləyir.
2) Bağırsaqların hərəkətliliyini artırır.
3) Metabolizmamızı sürətləndirir.
4) Toksinləri orqanizmdən qovma gücünə sahibdir.
Qara çay, əslində, bizim kökəlməyimizə səbəb ola bilər. Çünki dəmiri qovur, toksinləri bədəndə yükləyir. Amma bu cür müalicəvi çayın rolu var, arıqlama çayı altında bir sıra səhv çaylar bazara buraxılıb ki, bunlar yanlışdır. İnsanlar düzgün seçim üçün mütləq tərkibinə baxıb almalıdır. Əgər doğru tərkibli çaydırsa, əlbəttə ki, bunun xeyiri var ki, ziyanı olmaz.
Sevilin Abbasova