Xalq artisti Emin Ağalarov bacısı Şeylayla bağlı paylaşım edib. SİA xəbər verir ki, bacısı ilə birlikdə fotolarını instaqram hesabında izləyiciləri ilə bölüşən sənətçi, onun doğum gününün olduğunu bildirib: "Ad günün mübarək, mənim sevimli bacım! Sən ən yaxşısan”.