"Google" yüzlərlə əməkdaşını işdən çıxarıb

11 Yanvar 2024 21:38 (UTC+04:00)

"Google" müxtəlif departamentlərdən yüzlərlə əməkdaşını işdən çıxardığını bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, "Google"dan verilən bəyanatda yüzlərlə işçinin texniki, səs köməkçisi və mühəndislik bölmələri kimi müxtəlif departamentlərdən işdən çıxarıldığını açıqlayıb. Bəyanatda investisiyaların şirkətin əsas prioritetlərinə yönəldiləcəyi vurğulanıb.