Türkiyəli müğənni ikinci dəfə xərçəngə yoluxdu

11 Yanvar 2024 08:38 (UTC+04:00)

Türkiyəli müğənni Şimal izləyicilərini kədərləndirən yeni paylaşım edib. SİA xəbər verir ki, bir neçə ildir süd vəzi xərçəngi ilə mübarizə aparan və ona qalib gələn müğənni, bu dəfə də beynində şiş olduğunu açıqlayıb.

"Təəssüf ki, bu dəfə beynimdə şiş gördülər. Təcili əməlliyyat olunmalıyam. Çox üzgünəm” deyərək izləyicilərinin duasına ehtiyacı olduğunu bildirib.