Belarusda “Mango” brendinin geyimləri qadağan edilib

10 Yanvar 2024 18:47 (UTC+04:00)

Belarus Dövlət Standartı “Mango” brendinin dörd növ şalvarını istehlakçılar üçün təhlükəli hesab edib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əlavə, bu siyahıya iki növ qadın gödəkçələri də daxil edilib.

Bu paltarlar eyni göstəriciyə - “nəfəs alma qabiliyyətinə” görə rədd edilib.

Yəni şeylər standartlara uyğun olaraq lazım olduğu kimi “nəfəs almır”.

Qırmızı “Mango” qadın gödəkçəsi bu göstəriciləri ilə xüsusilə daha pisdir. Bu qarderob elementinin hava keçiriciliyi təhlükəsizlik tələblərinin imkan verdiyindən 30 dəfə aşağıdır.

Deyilənlərə görə, yanvarın 12-dən etibarən qeyd olunan “Mango” markalı geyimlərin Belarusa idxalı və ölkədə satışı qadağandır.

Artıq satışda olan bütün əşyalar satışdan çıxarılır..?

Nazlı