Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə şad xəbər - FOTO

10 Yanvar 2024 15:59 (UTC+04:00)

“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib. SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Siyahıya yeni 11 dərman adı əlavə edilib. Bununla da siyahıda yer alan dərmanların sayı 120-yə çatıb.

Qərarın icrasına nəzarət səhiyyə nazirinin müavini İlqar Qasımova həvalə edilib.