Botoks həqiqətən insanı qüsursuz göstərir?

10 Yanvar 2024 15:53 (UTC+04:00)

Əlbəttə ki, xanımlar özlərini qüsursuz yaratmağa çalışaraq daim ön plana çıxmaq istəyir. SİA məlumat verir ki, son zamanlar xanımların üz tutduğu proses “ Botoks” ən çox sevilən estetik prosedurudur. Bəs sizcə, həqiqətən, botoks xanımlara zərər vermədən onları gözəlləşdirirmi? Bu qədər xərc etməyə dəyərmi?

Botoksun Zərəri

Prosedurun ortaya çıxma səbəbi ümumiyyətlə, xəstəlikləri müalicə etmək olsa da, estetik müdaxilələr də istifadə olunduğu və müvəffəqiyyətli olduğu üçün, əslində, bu prosedur ziyansızdır. Lakin prosedur zamanı yüksək keyfiyyətli məhsullardan istifadə olunmadıqda və botoks proseduru peşekar mütəxəssislər tərəfindən edilmədikdə aşağıdakı şikayətlərə səbəb ola bilir: Yanlış tətbiqlər lazımsız şişkinliyə; Allergiyanız varsa, botoksla tətiklənə bilər və bədəndə şişliyə gətirib çıxara bilər.

Botoksun tətbiq olunması

Prosedur iynə şəklində tətbiq edilir və ağrılı bir proses olmamasına baxmayaraq, inyeksiya zamanı cüzi və yüngül ağrı hiss oluna bilər. Pasientlərin tətbiq etmək istədikləri prosedur növündən asılı olaraq, iynə mimik əzələlərin hərəkətlərində azalma istənildikdə əzələlərə, tərləmə şikayətinin azalması istənildikdə isə dəriyə vurulur. Prosedurun təsiri iynə vurulduqdan sonra 3-4 gün ərzində başlayır və ilk həftədən tam oturur. Botoksun təsir və qalıcılıq müddəti isə 4-6 aydır və təsir müddəti bitdikdən sonra prosedur təkrar tətbiq oluna bilər.

Botoks effekti nə qədər davam edir?

İlk dəfə botoks üz qırışlarına tətbiq edildikdə, prosedurun təsiri orta hesabla 4-6 ay davam edir və təkrarlanan tətbiqlərlə bu müddət zamanla 8-10 aya qədər davam edə bilir. İlk dəfə qoltuqaltına tətbiq edildikdə isə orta hesabla 10-12 ay tərləməni tənzimləyir və təkrarlanan müraciətlərlə bu müddət 16-18 aya qədər uzanır.

Botoks proseduru mütəxəssis həkim tərəfindən əzələyə yeridilir. Baxım kremləri isə dəriyə xaricdən və səthi formada tətbiq edilir. Buna görə də, hər iki prosesin göstərdikləri təsir çox fərqlidir. Baxım kremləri yalnız səthi incə xətlərə təsir edə bilsə də, botoks tətbiqi dinamik qırışları aradan qaldırır. Baxım kremlərinin dərini qidalandırmaq, dərini nəmləndirmək və kollagenin əmələ gəlməsini sürətləndirmək kimi funksiyaları vardır. Onlar həmçinin qırışların görünüşünü azaltmağa da kömək edir. Bundan fərqli olaraq botoks isə qırışlara səbəb olan əzələləri rahatlaşdırır və müəyyən müddət ərzində dəridə qırışların yaranmasının qarşısını alır.

Kimlərə botoks olmaz?

Botoksdan hamiləlik, südvermə dövrü, dəri xəstəliyi, sellülit, çapıqlar, qan laxtalanmasında pozğunluq, qan sulandırıcı maddələrin istifadəsi, tətbiq edilən nahiyədə əzələ zəifliyi, sinir əzələ keçəcəyində xəstəlik varsa, o zaman botoks müalicəi etmək olmaz. Botoksdan öncə analizlər verilməlidir, 6 ay ərzində göz əməliyyatı olmamalıdır. Bəzi dərman preparatları var ki, onlar prosedurdan öncə istifadə olunmamalıdır. Bəzi peşə sahiblərinə də botoks etdirməkməsləhət deyil. Aktyor-aktrisalar, işi aktiv üz mimikalarından asılı olan şəxslər öncə məlumatlandırılmalıdır. -Botoksun fəsadları təkcə onun keyfiyyətsiz olması üzündən yaranmır. Qeyd edək ki, botoksun kosmetoloq adı altında xidmət göstərən təsadüfi şəxslər tərəfindən vurulması daha çox problem yaradır. Çox təəssüf ki, pasiyentlər bu məsələyə bəzən həssas yanaşmırlar. Halbuki botoks vuran kosmetoloqun profesionallığı çox önəmlidir. Botoks prosedurunun yalnış tətbiqi, keyfiyyətsizliyi ptoz (yuxarı göz qapağının düşməsi və ya sallanması) kimi ciddi fəsad yarada bilər. Buna əsasən botoks inyeksiyasından sonra rast gəlinir. Qazanılmış ptozlara çox təəssüf ki, botoks proseduru zamanı yol verilən yalnışlıqlar, keyfiyyətsiz botoksdan istifadə kimi hallar səbəb olur.

Sevilin Abbasova