Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki "VAZ" markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.