Röyanın keçmiş ərinin görüntüləri yayıldı - VİDEO

10 Yanvar 2024 01:50 (UTC+04:00)

Xalq artisti Röya Ayxanın keçmiş həyatı yoldaşı Anar Cəlilov uzun zamandan sonra ortaya çıxıb. SİA xəbər verir ki, Anar xeyli çəki alması və düm ağaran saçları ilə diqqət çəkib.

Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə qurub. Bir il sonra onların Hüseyn adında övladı dünyaya gəlib.

2014-cü ildə isə cütlük boşanıb. Müğənni boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub. A. Cəlilov "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.