Müğənni Şarlotta patriarxa məktub yazıb

9 Yanvar 2024 20:16 (UTC+04:00)

Nasizmi reabilitasiya etməkdə və dindarların hisslərini təhqir etməkdə günahlandırılan müğənni Eduard Şarlotta Moskva və Bütün Rusiyanın patriarxı Kirilə məktub yazıb, bağışlanmasını istəyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

...Telekanalın məlumatına görə, Şarlotta məktubu patriarxa təxminən iki həftə əvvəl göndərib. Müğənni orada bağışlanma diləyib və hər şeydən tövbə etdiyini və günahını yumağa hazır olduğunu bildirib.

O, həmçinin məktubda “fəal vətənpərvər əsərlər yazdığını və daha sonra onlarla birlikdə çıxış etməyə hazır olduğunu” qeyd edərək, bunu edə bilmək üçün azadlığa buraxılmasını xahiş edib.

Xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Şarlotta Rusiyanı tərk edib, daha sonra rus pasportunu açıq şəkildə yandırıb. O, bir neçə təxribatçı video da çəkib.

Daha sonra müğənni günahını yumaq üçün Rusiya Federasiyasına qayıtmaq niyyətində olduğunu bildirib. O, Sankt-Peterburq hava limanına çatdıqdan dərhal sonra saxlanılıb və yanvarın 24-dək həbs edilib.

Ona qarşı nasizmin reabilitasiyası və dindarların hisslərini təhqir edən maddələrlə cinayət işi açılıb və müğənnini 6 ilə qədər həbs cəzası gözləyir. Hazırda Şarlotta həbsdədir.

Nazlı