TƏBİB qızılcadan ölən uşaqla bağlı məlumat yaydı

9 Yanvar 2024 16:19 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda uşağın qızılcadan vəfat etməsi ilə bağlı açıqlama yayıb. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

“Yanvarın 7-də saat 12:25-də 2015-ci il təvəllüdlü Ömər Heydərov ailə üzvləri tərəfindən tibb müəssisəsinə gətirilərkən onun həkiməqədər ölüm faktı qeydə alınıb”, - deyə qurumun məlumatında bildirilir.