Evimizi necə isti saxlayaq? - ARAŞDIRMA

9 Yanvar 2024 16:15 (UTC+04:00)

Məlumdur ki, hər birimizin yay aylarında kondisionerlər xilaskarımızdır. Bununla yanaşı, kondisionerlər yay qədər qış fəslində də istifadə olunur. Bu araşdırmada qışda kondisionerlə evi isti saxlamaq üçün məsləhətlər və qışda kondisionerinizi ən səmərəli şəkildə necə işlətmək barədə məsləhətlər haqqında danışacağıq.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Qışda kondisionerlə isinmək zərərlidir?

Çoxumuz kondisionerlərimizi yalnız otağı sərinlətmək üçün istifadə etsək də, əslində qış aylarında kondisionerlə isinmək mümkündür. Müasir kondisionerlər həm yayda, həm də qışda temperaturu sizin seçimlərinizə uyğun tənzimləyə bilir. Qışda kondisionerlə isitmə cihazın funksiyasını dəyişdirir və evinizi soyuq əvəzinə isti hava ilə doldurur. Həm də bu vəsilə ilə ayrıca istilik sistemi almaq xərclərinə qənaət edirsiniz. Lakin effektiv istilik üçün yadda saxlamalı olduğunuz bəzi ehtiyat tədbirləri var.

Qışda kondisionerlə isinmək

Həm soyutma, həm də isitmə funksiyalarına malik olan dörd mövsüm kondisionerdən istifadə etməklə evi isti saxlamaq mümkündür. Məsələn, otağınız həddindən artıq istiliyə görə çox havasızdırsa, kondisionerinizi fan rejimində yandırıb otağın havaslnı bir az daha rahatlada bilərsiniz. Unutmaq olmaz ki, kondisionerinizi qışda istifadə edə bilsəniz də, onun effektivliyi yaydan fərqli olacaq.

İnsanlar və digər məişət texnikası kimi, kondisionerlərin də minimum işləmə həddi var və onlar bu həddən aşağı işə salındıqda, nəzərdə tutulduğu kimi işləməyəcəklər. İşləmə temperaturu üçün bu minimum hədd kondisionerin markasından, modelindən və ya növündən asılı olmayaraq bütün kondisionerlərə aiddir. Əksər istehsalçılar açıq havanın temperaturu 25 dərəcədən aşağı düşdükdə kondisionerdən istifadə etməyi məsləhət görmürlər. Dörd mövsüm xüsusiyyəti olmayan kondisionerin 15 dərəcədən aşağı temperaturda işlədilməsi soyuducunun fərqli davranmasına səbəb olacaq və kondisioner nəzərdə tutulduğu kimi işləməyəcək.

Bundan əlavə, qışda kondisionerin bu temperaturdan aşağı işləməsi cihazın soyuducu borularının donması, sürtkü yağının qalınlaşması və hərəkət edən hissələrin zədələnməsi kimi arzuolunmaz nəticələrə səbəb ola bilər.

Kondisionerlər sizi qışda necə isidir?

Soyuq aylarda kondisionerlərin necə işlədiyini başa düşmək üçün əvvəlcə geri çevrilə bilən kondisionerlərin nə olduğunu bilməlisiniz. “Reversiv kondisionerlər” olaraq da bilinən bu qurğular soyutma rejimi ilə yanaşı, istilik rejiminə də malikdir. Müasir kondisioner modellərinin əksəriyyəti indi bu şəkildə dizayn edilir və satılır.

İstilik və soyutma üçün ayrı bir cihaza sahib olmaq əvəzinə, sizi isti saxlamaq üçün kondisionerdən istifadə edə bilərsiniz. Tərs çevrilə bilən mini split kondisioner məhz bunu edir. Nəticədə siz yayda sərin, qışda isti saxlamaq üçün eyni cihazdan ilboyu istifadə edə və eyni enerjiyə qənaət funksiyalarından yararlana bilərsiniz. Normal kondisioner isti mühitdən (qapalı) daha soyuq bir mühitə (açıq) ötürür. Bu sistem yayda yaxşı və təsirli olur. Amma qış aylarında kondisioner xaricdən istiliyi götürüb içəriyə ötürür. Bunun üçün kondisioner tərs rejimdə işləməlidir. Kondisionerlərdə isitmə funksionallığına nail olmaq üçün tərs klapan kimi tanınan kiçik bir cihaz istifadə olunur. Tərs çevrilə bilən kondisionerlər gözəl bir ixtiradır və yayda soyuyan, qışda isə bunun əksini edən bir qurğu istəyən hər kəs üçün idealdır.

Qışda kondisioneri işə salmağın zərəri varmı?

Bu sualın cavabı bəli və ya yox qədər sadə deyil. Bu vəziyyətə təsir edən bir çox faktor var. Qışda kondisionerin işləməsinin də riskləri mövcuddur. Orta dərəcədə aşağı temperaturda kondisionerin istənilən rejimdə işləməsi tamamilə məqbuldur. Bununla belə, kondisionerinizin 15 dərəcədən aşağı temperaturda işlədilməsi üçün müəyyən risklər var. Onlardan bəzilərini təqdim edirik:

Yağlamanın itirilməsi: Kompressorlar kondisionerin tərkib hissəsidir və nəzərdə tutulduğu kimi işləmək üçün əla vəziyyətdə olmalıdır. Sürtkü yağları kompressorun rəvan və səhvsiz işləməsinə kömək edir. Bununla belə, bu sürtkü qışda qalınlaşa bilər və gözlənildiyi kimi işləməyə bilər. Müvafiq yağlama olmadan kompressor zədələnməyə və tutmağa meyllidir.

Aşağı ətraf temperatur sensoru: Bəzi kondisioner modellərində kondisionerin həddindən artıq soyuqda işləməsinin qarşısını almaq üçün aşağı mühit temperaturu sensoru var. Bu sensordan yan keçməyə və aşağı temperatura baxmayaraq kondisionerinizi işə salmağa cəhd etsəniz, ciddi maliyyə tələb edən təmirlə qarşılaşa bilərsiniz.

Kompressorun həddindən artıq isinməsi: Hər hansı bir mexaniki cihazda olduğu kimi, kompressor istifadə zamanı isti olur. Həddindən artıq soyuqda içərini isti saxlamaq üçün kompressor çox işləməlidir. Bu həddindən artıq iş onun çox qızmasına səbəb ola bilər. Kondisionerin müəyyən edilmiş minimum temperaturdan aşağı istifadəsi onu geri dönməz şəkildə zədələyə bilər və ya ən yaxşı halda sizə bahalı texniki xidmət və təmir ziyanı ilə nəticələnə bilər.

Türkiyə Çukurova Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Fundamental elm sahəsi dosenti həkim Behice Kurtaran qışda kondisionerlərin tənəffüs yoluxucu virusları ötürmə ehtimalının daha çox olduğunu bildirib.

Qışda isitmə, yayda isə soyutma üçün istifadə olunan kondisionerlərin təmirinin çox vacib olduğunu vurğulayan Behice Kurtaran, mütəxəssislərin tövsiyə etdiyi qədər kondisionerlərə baxım lazım oldğunu bildirib. Kondisionerlərin zərrəcikləri saxladıqları kameralarının olduğunu izah edən Kurtaran, "Bu kameralar təmizlənməsə, hər hava sirkulyasiyası zamanı hissəciklərin ətraf mühitə yayılma riski var. Baxımın olmaması mikrob daşıyan hissəciklərin gözləməsinə və çoxalmasına səbəb olur".

Otaq temperaturu 22 dərəcə olmalıdır

Bəzi mikroorqanizmlərin və virusların rütubətli mühitlərdə sürətlə çoxalıb yayıla bildiyini vurğulayan Behice Kurtaran bunları qeyd edib:
"Adətən qışda pəncərələr bağlanır. Baxımsız kondisionerlər bu mühitdə işə salındıqda, biz mikrob daşıyıcı hissəcikləri nəfəs alaraq uduruq.

Qidalanma, qocalma və müqaviməti aşağı olan insanların KOAH, xroniki xəstəliklər kimi tənəffüs yolu xəstəlikləri riski var. Qış mühitində tənəffüs yolu infeksiyalarına səbəb olan viruslar çoxaldığından kondisionerlərin baxımının əhəmiyyəti daha da artır. Çünki bu viruslar soyuqda daha çox arta bilər.

Qışda evi isti saxlamağın ən yaxşı yollarını aşağıdakı kimi sadalaya bilərik.

- Olduğunuz mühit soyuq havaya qarşı qorunmalıdır.
- Radiatorlara qulluq edin
- Pətəklərin temperaturunu sabit saxlayın
- Pətəkləri soyuqdan qoruyun
- Soyuq hava axınının qarşısını alın
- İstiliyin içəridə səmərəli paylanmasını təmin edin
- Alüminium folqa istifadə edin
Pətək radiatorları divara qarşı qoyularsa, istilik itkisi qaçılmazdır. Xüsusilə pətəyin yerləşdiyi hissə çölə baxırsa, divarla pətək arasına alüminium folqa qoymağı məsləhət görürük. Yəni, pətək radiatorunun arxasındakı divara alüminium folqa yapışdırın.

- Qalın pərdələr seçin
Qalın pərdələrdən istifadə soyuq havanın pəncərələrdən keçməsinin qarşısını alır. İstilik və izolyasiya xüsusiyyətlərinə malik pərdələrlə yanaşı qalın pərdələrdən istifadə etmək faydalıdır. Pəncərələr arasındakı boşluqlar üçün də süngərdən istifadə etməyi məsləhət görürük.

Pərdələriniz gün ərzində günəş işığını qəbul edə bilməlidir. Gecələr qalın pərdələr çəkə bilərsiniz. Bu zaman günəş şüaları evinizin içini isitəcək.

- İkiqat şüşəli pəncərələri seçin
Qışda evi isti saxlamağın başqa bir yolu evdə ikiqat şüşəli pəncərələrin olmasıdır. İkiqat şüşəli pəncərələr daha az soyumağa imkan verir və evdəki istiliyi buraxmadan saxlayır.

- Kiçik deşikləri örtün
Evinizdə hava axınına və soyuq havanın keçməsinə imkan verən kiçik dəliklər ola bilər. Ümumiyyətlə, bu çatları və deşikləri şüşə, qapı boşluqları və pəncərə boşluqlarını möhürləməyi tövsiyə edirik.

- Qapıların altını örtün

Qapıların altını örtmək üçün sadə süngərlərdən əlavə dekorativ məhsullar da istifadə olunur.
Yaşlı nəsillərdən öyrənə biləcəyimiz başqa bir şey, xarici qapının alt hissəsi ilə döşəmə arasındakı boşluğu bağlamaq üçün sadə materiallardan istifadə etməkdir.
Bunun üçün siz qapının altından izolyasiya süngəri ala bilərsiniz.

- Radiatorun təmizlənməsi
Radiatorunuzu təmizləmək istilik keçiriciliyini yaxşılaşdırır. Radiatorların qarşısında böyük əşyaların qoyulmaması istiliyin otaqda daha səmərəli yayılmasına imkan verir.

- Radiatorun üstündəki rəf
Radiatorun üstündə rəf yerləşdirmək istiliyi otaqda daha yaxşı paylaya bilər. Ancaq radiatorun üzərinə birbaşa bir şey qoymamaq vacibdir. Xüsusilə radiatorların pəncərələrin altında olduğu hallarda, pərdə çəkilərkən pərdə ilə pəncərə arasında isti hava qala bilər.
Bu cür rəflər həmin vəziyyətlərdə daha da əhəmiyyət kəsb edir.

- İstifadə olunmayan otaqlar
Evinizdə istifadə etmədiyiniz otaqlar varsa, radiatoru söndürün və otağın qapısını bağlı saxlayın. Beləliklə, soyuq hava evin qalan hissəsinə yayılmır.

- Döşəmənin də izolyasiyası var
Döşəməni evdə bir şeylə örtmək istilik izolyasiyasını artırır. İngiltərədəki Milli Enerji Fondunun məlumatına görə, istilik itkisinin 10%-ə qədəri evlərin döşəmələrindən qaynaqlana bilər.

Taxta döşəmələr digərlərindən daha yaxşı olsa da, hələ də istilik itkisindən qorunmur.
Bunun qarşısını almaq üçün xalça və ya kilimlərdən istifadə etməyi düşünə bilərsiniz. Bunlar izolyasiyanı artırır və ayaqlarınızı daha isti saxlayır.

Ayşən Vəli