Perinatal Mərkəzdəki tüstüdən zəhərlənən iki nəfər evə buraxıldı

9 Yanvar 2024 14:46 (UTC+04:00)

Yanğından təxliyə edilən tüstüdən zəhərlənən 3 nəfərdən ikisi evə buraxılıb. Bu barədə SİA-ya Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, KTM-in Toksikologiya şöbəsinə iki qadın, bir kişi yerləşdirilib: “Onlardan ikisi artıq evə buraxılıb. Bir nəfərin müalicəsi isə şöbədə davam etdirilir”.