Emin Bakıda yeni beynəlxalq musiqi festivalı keçirəcək

9 Yanvar 2024 08:38 (UTC+04:00)

Xalq artisti Emin Ağalarov Bakıda “DREAM FEST” adlı yeni beynəlxalq musiqi festivalının keçiriləcəyini açıqlayıb. SİA xəbər verir ki, müğənni bu barədə Dubayda “ZHARA FEST” musiqi festivalı zamanı bildirib.

İyulun 24-dən 28-dək keçiriləcək “DREAM FEST”də Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Avropadan ifaçılar səhnə alacaqlar.

Xatırladaq ki, buna qədər Emin Bakıda “ZHARA FEST” beynəlxalq musiqi festivalının təşkilatçılarından biri idi.