Azərbaycanın məşhur yazıçısı vəfat edib

9 Yanvar 2024 01:42 (UTC+04:00)

Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqın üzvü, yazıçı həm də tənqidçi, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib. SİA xəbər verir ki, bu barədə onun oğlu məlumat verib.

O bildirib ki, atası ilə sonuncu dəfə bir neçə saat əvvəl danışıblar.

Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.

Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı.