Kiyev merinin Hamburqda malikanəsi varmış..?

8 Yanvar 2024 22:49 (UTC+04:00)

Kiyevin meri Vitali Kliçkonun Hamburqda 750 kvadratmetr sahəsi olan malikanəsi var.

Bu, siyasətçinin təqdim etdiyi bəyannamədən məlum olub. SİA xəbər verir ki, TASS-ın Ukraynanın “Strana” nəşrinə istinadən verdiyi məlumata görə, sənədlərdə Kliçkonun Almaniyadakı evinin dəyərinin 227,6 milyon qrivnadan çox, yəni təxminən 6 milyon dollar olduğu göstərilir.

Jurnalistlərin məlumatına görə, Kiyev meri malikanəni 2023-cü il dekabrın 20-də qardaşı Vladimirə məxsus, lakin həmin ilin mayında onun mülkiyyətinə çevrilmiş ABŞ-da qeydiyyatdan keçmiş Maximum I LLC şirkətindən borcun ödənilməsi kimi alıb.

Nəşr onu da yazır ki, Kliçko hələ Kiyevin meri təyin olunmamışdan əvvəl Hamburqda malikanə alıb. Deyilənlərə görə, ev Othmarschen Parkı ərazisində yerləşir.

Xatırladaq ki, Kliçko bu yaxınlarda Almaniya mətbuatına müsahibəsində Zelenskinin Ukraynanı avtoritarizmə apardığını demişdi.

Nazlı