“Çılpaq” məclisdə iştirak edən reper əsgər aparılır..?

8 Yanvar 2024 17:48 (UTC+04:00)

...Bizlərdə necə deyərlər, bədbəxt oğlu, bədbəxt, bu sənə lazım idimi? Oturmuşdun, nə isə...

Deməli, teleaparıcı Nastya İvleyevanın aparıcılığı ilə keçirilən “yarıçılpaq” məclisdə iştirak edən rep ifaçısı Vacio (əsl adı Nikolay Vasiliev-A.B.) yanvarın 9-na Hərbi Komissarlığa çağırış vərəqəsi alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə onun özü ictimai xadim və İctimai Monitorinq Komitəsinin üzvü Aleksey Lobarevə məlumat verib.

Vasilievin sözlərinə görə, Lefortovo məhkəməsinin ona təyin etdiyi 15 günlük həbs müddəti bitdikdən sonra onu xırda xuliqanlıqda təqsirli bilinərək Belorusskaya metrostansiyası yaxınlığındakı hərbi komissarlığa aparılıb və orada çağırış vərəqəsi alıb.

...Daha sonra gənc onunla “peşəkar söhbət” etmək üçün polisə aparılıb.

Maraqlıdır ki, sənətçinin hərbi komissarlığa gəlməli olduğu gün o, xüsusi təcridxanada olacaq.

Eyni zamanda, Vasilyev Moskvaya gəldiyi Yekaterinburq hərbi həkim komissiyası tərəfindən əvvəllər yaradılmış orduda xidmət edə bilməyəcək..?

Nazlı