BDU-nun “SABAH” qruplarında işləmək istəyənlərin nəzərinə

8 Yanvar 2024 16:55 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarında (bakalavriat) 2023-2024–cü tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunurlar. Bu barədə SİA-ya BDU-dan məlumat verilib.

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün yanvarın 14-dək saat 23:59-dək müraciət etmək olar.

Müsabiqə barədə ətraflı məlumatı linkə (https://shorturl.at/uwAV) "Tədbirlər və elanlar" bölməsindən daxil olaraq əldə etmək mümkündür.