Naxçıvan təhsil sahəsində ilk yaşanacaq

8 Yanvar 2024 15:36 (UTC+04:00)

Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsi keçiriləcək. SİA-ya Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün işə qəbul müsabiqəsinin test mərhələsi təşkil olunacaq.

Müsabiqə saat 11:00-da Naxçıvan Şahmat Mərkəzində keçiriləcək.

Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətirməlidirlər:

-şəxsiyyət vəsiqəsi
-göy rəngli diyircəkli qələm

Müsabiqə zalına gətirmək qadağandır:
- mobil telefon və digər rabitə vasitələri
- ağıllı saat
- kağız, yazılı qeyd kimi köməkçi vasitələr və s.