Fəxrəddin Manafov çox vacib layihəyə başladı - FOTO

8 Yanvar 2024 07:46 (UTC+04:00)

ATV çox vacib və çox maraqlı bir layihəyə start verib. "Səhnə". Veriliş TEATRA həsr olunub. SİA xəbər verir ki, bu barədə Xalq artisti Mehriban Zəki danışıb. O, bildirib ki, Xalq artisti Fəxrəddin Manafov aparıcılıq edəcək:

"Aparıcı Fəxrəddin müəllim Manafov, ideya müəllifi və rejissoru Ələkbər Tağızadə, ilk müsahib Akademik Dram teatrının bədii rəhbəri Mehriban xanım Ələkbərzadədir. İlk göstəriləcək tamaşa Mehdi Məmmədovun quruluşu olan "Dəli yığıncağı" tamaşadıdır.

Qeyd edək ki, F.Manafov nadir hallarda efirlərdə görünür, onun verilişdə aparıcılıq etməyə başlaması tamaşaçıları sevindirib.